5 Mart Bədən tərbiyəsi və İdman Günü

Hər il 5 Mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu tarix Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən qeyd edilir. Bu münasibətlə 28 fevral - 4 mart məktəbimizdə idman həftəsi elan edilib. Bununla bağlı həftə ərzində esse, rəsm müsabiqəsi və VI, VII və VIII siniflər arasında viktorina keçirilib. Bu gün isə "Şən startlar" adlı tədbir həyata keçirildi. Tədbirdə Sabunçu Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova və məktəb rəhbərliyi də iştirak edib. Dövlət himnimizin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir açıq elan olunub. Məktəbimizin fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə təşkil olunan yarışmalar tədbir iştirakçılarının böyük marağına səbəb olub. Sonda qalib komandalar təşəkkürnamə və diplomlarla təltif olunublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi