"5 mart Bədən tərbiyəsi və İdman Günü"nə həsr olunmuş idman həftəsi açıq elan olunub. Məktəbin idman kafedrasının müəllimləri Həcər Nəsibova və Yasin Abdullayevin rəhbərliyi ilə həftə səhər gimnastikası ilə start götürüb. Siniflərarası futzal turniri keçirilib. Siniflərdə şagirdlərlə psixoloji söhbətlər aparılıb. Məktəbin psixoloqu Günay Həşimova siniflərdə sağlamlıq vərdişləri və idman sahəsində uğur və nailiyyət qazanmaq üçün motivasiya edici söhbətlər edib.