Bugün məktəbimizdə"Xocalı soyqırımı" faciəsinin 30 -cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir dövlət himnimizin səslənməsindən və Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub. Tədbirdə məktəbimizin 4 a sinif şagirdləri həmin məktəbin müəllimi Bahar Məhərrəmovanın təşkilatçılığı ilə öz şeir ve təqdimatlarını söyləyiblər. Tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev de öz fikirlərini söyləyib.