Xocalı soyqırımı haqqında layihə dərsi

Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncamına əsasən Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi bizim məktəbimizdə də "Anım Günü" ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə biri məktəbin tarix kafedrasının rəhbəri Lalə Babayeva tərəfindən təşkil edilib. Kiçik Akademiyanın üzvləri olan şagirdlərimizin iştirakı ilə layihə dərs təşkil edilib. Əsasən araşdırma nəticələri və qarşılıqlı müzakirə ilə keçirilən dərsdə şagirdlər müxtəlif təqdimatlarla çıxış ediblər. Layihə dərsin keçirilməsində əsas məqsəd xalqımızın tarixinə qanlı hərflərlə yazılan Xocalı soyqırımı haqda onlarda dəqiq təsəvvür yaratmaq olub. Şagirdlər Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bir daha təsdiq ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi