Bu gün məktəbin direktoru Nazəni Məmmədova tərəfindən növbəti "Pedaqoji şura"nın iclası keçirilib. İclas Microsoft Teams proqramı üzərindən həyata keçirilib. İclasda I yarımilin yekunu və II yarımildə qarşıda duran vəzifələr müzkirə olunub. İclasda sinif rəhbərlərinin siniflər üzrə hesabatları dinlənilib. Hər bir sinifin keyfiyyət faizləri müzakirə olunub. Eyni zamanda I yarımildə məktəbimizdə keçirilən monitorinqlərin nəticələri müzakirə edilib. Sonda şagirdlərin nizam intizamı ilə bağlı pedoqoji kollektivlə müzakirələr aparılıb. Sinif rəhbərlərinə tapşırıqlar verilib.