20 Yanvar "Hüzn Günü" bir daha anıldı

    Bu gün məktəbimizdə " 20 Yanvar" faciəsinin 32-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Dövlət himnimizin səslənməsidən və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir açıq elan olunub. Müxtəlif yaş qrupu üzrə tədbirdə iştirak edən şagirdlərimiz məktəbimizin UBT-rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə hazırladıqları kompozisiyaları təqdim ediblər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak edib. Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev bu kimi tədbirlərin şagirdlərin vətənpərvər ruhda böyüməsindəki rolundan danışıb. Müstəqilliyimizin qazanılmasında bu günün vacibliyini xüsusi qeyd edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi