Mütaliyə Günü

    Məktəbin  kitabxana müdiri Almas Cəfərovanın təşkilatçılığıyla “Mütaliyə Günü” adlı deskusiya keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri A. Cəfərova mövzu ətrafında tədbir iştirakçılarına geniş məlumat verib. O, öz çıxışında qeyd edib ki, bu və ya bu kimi tədbirlərin keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan maraqını artırmaqdı. Az yaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədi daşır. Balaca oxucular daha çox nağıl kitablarına yeni nəşrlərə üstünlük veriblər. Mütaliəyə gününün keçirilməsində məqsəd ədəbiyyata marağı olan hər kəsi kitab oxumağa cəlb etməkdi. Bu gün kitab həvəskarlarına kitab bayramı abu-havası yaşadacaq. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Eyni zamanda belə tədbirlər yeni nəşir olunmuş ədəbiyyatı oxuculara nümayiş etmək məqsədi daşıyır. Bundan sonrada belə tədbirlərin daha çox keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi