Mütaliəyə Günü

    Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimimiz Gülzar İsmayılovanın rəhbərliyi "Mütaliə Günü" ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib. Müəllim öz  çıxışında bildirib ki, sosial şəbəkə, ətraf mühit, informasiya bolluğu, mütaliəyə marağın az olduğu  dövrü fikirləşərək şagirdləri bu tədbirimizdə az da olsa əlimizdən gəldiyi qədər məlumatlandırmaq, onlarda mütaliəyə, kitablara həvəs yaradacaq söhbətlər etməyi, onları təlimatlandırmağı özümüzə borc bildik. Şagirdlər gözlədiyimizdən də həvəslə, ürəklə bu tədbirdə iştirak ediblər.     Hər bir şagird öz balaca, şəxsi "kitabxanasından" oxuduqları kitabları gətirməklə yanaşı, onların məzmunu haqqında da geniş məlumata malik olduqlarını göstəriblər. Onların mütaliəsi onların nitqinə və dünyagörüşünə yansımışdır. Tədbirdə iştirak edən şagirdlərin müxtəlif janrlı əsərlər, tarixi faktlar, klassik dünya ədəbiyyatından xəbərdar olmaları bizi sevindirib və qürurlandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi