Ümumilli Lider Heydər Əliyevin "Anım Günü"

    9 dekabr 2021-cu il tarixdə Ümumilli Lider Heydər Əliyevin "Anım Günü" ilə əlaqədar məktəbin UBT rəhbəri  A.Piriyevanın təşkilatçılığıyla "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır" adlı tədbir keçirilib.Tədbirdə V-VII sinif şagirdləri iştirak edib, şeirlər söylənilib. VII sinif şagirdi Dəniz Məmmədova hazırladığı məruzədə bildirdi ki,"Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi