Beynəlxalq Əlillər Günü

    "1992-ci ildə BMT-nin Baş Məclisi 3 dekabr tarixini "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilib. Bu günün məqsədi cəmiyyətin diqqətini əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Bugün məktəbin ibtidai sinif müəllimi Maya Sultanzadənin təşkilatçılığıilə 3 A sinfinin tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi iştirak edib. Məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək, dövlətin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıb, bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzindədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi