QİÇS-lə mübarizə tədbiri

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 fevral tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın 6.5.1-ci (Təhsil müəssisələrində İİV infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə müvafiq tədbirlərin keçirilməsi), 6.5.2-ci (İİV-lə mübarizəyə dair maarifləndirmə işinin aparılması, çap materiallarının hazırlanması və yayılması) bəndləri üzrə 01 dekabr 2021-ci il tarixində məktəbimizdə “Sən şəxsiyyətsən, hədəf deyilsən” adlı Dəyirmi masa keçirilib. Tədbiri məktəbin psixoloqu Günay Həşimova açıb. O, QİÇS-lə mübarizənin qeyd olunmasının əhəmiyyəti haqqında şagirdlərə məlumat verib. Daha sonra məktəbin biologiya müəllimi Gülər Mustafayeva, tərbiyə işləri üzrə direktor müavini Asiman Paşayev və UBT rəhbəri Aynur Piriyeva  şagirdləri mövzu barədə maarifləndirib və şagirdlərin suallarını cavablandırıb. Tədbirin keçirilməsində əsas məqsəd insanın immun çatışmazlığı virusunun törətdiyi HIV infeksiyası,  Azərbaycanda HIV-ə yoluxma səviyyəsinin göstəricisi barədə, QİÇS-ə yoluxma, QİÇS-dən qorunma yolları barədə şagirdlərə məlumat vermək olub. Sonda şagirdlər hazırladıqları təqdimatları məruzə ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi