IX sinif valideynləri ilə görüş

Məktəb rəhbərliyi tərəfindən BŞTİ-nin göndərdiyi suallar əsasında 9-cu siniflərdə keçirilən monitorinq nəticələrinin təhlili aparılaraq valideynlərlə görüş keçirilib. Nəticələr barədə direktor müavini Asiman Paşayev valideynlərə ətraflı məlumat verib. Görüşdə sinif rəhbərləri və  tədris dili, riyaziyyat və ingilis dili müəllimləri də iştirak edərək nəticələr və qarşıda duran vəzifələr barədə valideynlərlə fikir mübadiləsi aparıblar. Məktəbin psixoloqu Günay Həşimova 9-cu sinif şagirdlərinin valideynlərinə şagirdlərin xarakter və yaş xüsusiyyətləri mövzusunda aparılan diaqnostik işlərin nəticələri barədə məlumat verib. Sonda məktəbin direktoru Nazəni Məmmədova çıxış edərək bildirib ki, buraxılış siniflərində monitorinqlər keçirilməyə davam edəcək və nəticələrinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi