"Məktəb Psixoloqu" layihəsi

AAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində  29-30 noyabr tarixlərində "Məktəb Psixoloqu" layihəsi üzrə Azərbaycan Respublikası Təhsil İnstitunda təlim təşkil edilib. Təlim zamanı məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarına bilik və bacarıqlarının artırılması məqsədilə zorakılığa (cinsi, psixi, fiziki) məruz qalmış uşaqlarla, intihara cəhd etmiş uşaqlarla işin təşkili, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılması məsələləri müzakirə edilib.Təlimdə fəal iştirakına görə məktəbimizin psixoloqu Günay Həşimovaya sertifikat təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi