Sinif nümayəndələri ilə görüş

         Noyabrın 24-də təhsil göstəriciləri ilə yanaşı, liderlik xüsusiyyətləri də nəzərə alınmaqla sinif iclaslarında seçilmiş sinif nümayəndələri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə məktəbin direktor müavini  Asiman Paşayev sinifdə şəxsiyyətlərarası münasibətlərin və bu münasibətlərin məqsədyönlü formalaşmasında, idarə olunmasında sinif nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışıb, məktəb rəhbərliyi ilə sıx əlaqəli işləmələrinin vacibliyini vurğulayıb. Sinif nümayəndəsi şagirdlərin müntəzəm davamiyyətinə, növbətçiliyinə və təmizlik işlərinə nəzarət etməli, sinifdaxili təlim-tərbiyə işlərinin təşkilində sinif rəhbərinə yaxından köməklik göstərməlidir. Görüşdə çıxış edən UBT rəhbəri Aynur Piriyeva və məktəbin praktik psixoloqu Günay Həşimova  məktəbdaxili nizam-intizam qaydalarının hər bir şagird tərəfindən yerinə yetirilməsinə ciddi nəzarət etməyi sinif nümayəndələrinə tövsiyə ediblər. Məktəbdə idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində sinif kollektivi ilə razılaşdırılmış təkliflərini, işgüzar, yaradıcı, tənqidi fikirlərini ümumiləşdirərək məktəb rəhbərliyinə çatdırmalarını söyləyiblər.       Sonra sinif nümayəndələri rəhbərlik etdikləri sinif haqqında ətraflı məlumat veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi