Zəfər Günü

Bu gün məktəbimizdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideyn və şagirdlər iştirak edib. Dövlət himnimizin səslənməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir açıq elan edilib. Məktəbimizin hərbi rəhbəri Səfxan Bayramov giriş sözüylə bu günün önəmi , tariximizdə tutduğu yeri barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra söz şagirdlərə verilib. Müxtəlif yaş qrupundan olan şagirdlərimizin hazırladıqları şeir və kompozisiyalar tədbirə böyük maraq qatıb. Məktəbimizin direktoru Nazəni Məmmədova çıxışında şagirdlərin vətənpərvər ruhda böyüməsində bu tədbirlərin əhəmiyyətindən danışaraq onlara uğurlar arzuladı. Tədbirimiz işğaldan azad olunmuş rayonlarımızın adına ağacların əkilməsi ilə başa çatıb. Bayramın mübarək vətən. Qarabağ Azərbaycandır !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi