44 günlük hərbi döyüşdə xalqımızın 30 illik həsrətinə son qoyan rəşadətli ordumuz 8 Noyabr 2020 -ci il tarixində qələbə qazanaraq bizlərə milli qürur hissi yaşadıb. Bu gün münasibətilə ölkəmizdə müxtəlif tədbirlər silsiləsi keçirilməkdədir. Bununla əlaqədar bu gün məktəbimizdə 10- cu sinif şagirdləri arasında " Zəfər bayramımız bu günümüzdə" adlı inşa yazı müsabiqəsi təşkil olunub. Müsabiqədə yer tutmuş şagirdimiz Eyvazov Eldar diplomla təltif olunub.