Məktəbimizdə 30 oktyabr 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim edilmiş suallara əsasən fənn olimpiyadalarının məktəb turu təşkil olunub. Olimpiada saat 10:00 da başlayıb. Şagirdlər onlara təqdim olunmuş tapşırıqları yerinə yetiriblər. Nəticələr metodbirləşmə iclasında müzakirə olunaraq məktəb turundan uğur qazanmış şagirdlər növbəti mərhələdə iştirak edəcəkdir.