27 oktyabr tarixində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib. Turnirdə bizim məktəbimiz 22 nömrəli məktəblə üz-üzə meydanda görüşüb. Oyunun nəticəsində "Canavarlar" komandamız 3:1 hesabı ilə qalib gəlib. Əhsən. Şagirdlərimizə uğurlar arzulayırıq.