II Fəxri Xiyabana ziyarət

    44 günlük Vətən müharibəsində zəfər çalmağımız xeyrin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Azərbaycan ordusunun cəsur əsgər və zabitləri də canı-qanı hesabına torpaqlarımızı düşmən tapdağından azad etdi. Şəhirdlərimizin xatirəsini anmaq üçün məktəbimizin rəhbərliyi şagird kontingenti ilə birgə II Fəxri Xiyabanda oldu. Şəhidlərin ruhuna dualar oxundu, məzarları önünə gül dəstələri qoyuldu.      Bu qürurverici qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında bir daha baş əyir onlara Allahdan rəhmət diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi