Qəhrəmanlıq salnaməsi

    Bu gün məktəbimizdə Vətən müharibəsinə həsr olunmuş Dəyirmi masa keçirilib. Məktəbimizin azərbaycan dili müəllimi Zərif Əhmədova çıxış edərək bildirib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun,  tarixi ədalət zəfər çalsın və buna nail olduq. Daha sonra söz şagirdlərin çıxışlarına verilib. Dəyirmi masada məktəb rəhbərliyi də iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi