Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib. Görüşdə  məktəbimizin hərbi rəhbəri, müharibə veteranı Səfxan Bayramov da yer alıb. Görüş zamanı gənclərin hərbi vətənpərvərlik tərbiyəsində 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin təbliğ və təşvik olunmasının vacibliyi qeyd olunub. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə döyüşçü və veteran müəllimləri təbrik edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi