Dəyirmi masa

    44 günlük Vətən müharibəsi, "Dəmir Yumruq" əməliyyatı - Azərbaycan Ordusunun qalibiyyətli qələbəsi Zəfər tariximizin ən uca mərhələsidir. Bu günlərə həsr olunmuş silsilə tədbirlərimizin davamı olaraq məktəbimizdə Cəbrayıl rayonunun azad olunması günü qeyd olunub.     Dəyirmi masa ətrafında keçirilən tədbiri məktəbin tarix müəllimi Lalə Babayeva açıq elan edərək mövzu ətrafında məruzə edib. Sonra məktəbin hərbi rəhbəri Səfxan Babayev müharibənin ağır itkilərindən söhbət açıb. Məktəbin praktik psixoloqu Günay Həşimova erməni vandalizminin yaşatmış olduğu ağır psixoloji sarsıntı və stress haqqında çıxış edib. Tədbirdə məktəb rəhbərləri və şagirdlər də çıxış edərək öz tarixi biliklərini bölüşüblər. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi