Hərbi Qənimətlər Parkına ziyarət

"27 sentyabr - "Anım Günü" ilə əlaqədar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, paytaxtın rayon Gənclər və İdman İdarələri və Azərbaycan İdman Könüllüləri Ictimai Birliyinin birgə təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına şəhid və qazi ailələrindən olan yeniyetmə və gənclərin ziyarəti təşkil olunub. Tədbir iştirakçıları Azərbaycan ordusunun düşmən hərbi texnikasını necə darmadağın etdiklərini maraqla izləyiblər. Burada düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat - hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur. Şəhid və qazi ailələrinin üzvləri bildiriblər ki, gördükləri mənzərə onlar üçün qürur mənbəyidir. Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkından qürurverici təəssüratlarla ayrılan yeniyetmə və gənclər, Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir Yumruq” siyasətilə qazanılmış Şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün lazım olan əyani nümunələrdən biri olduğunu vurğulayıblar. Hərbi Qənimətlər Parkına səfər yeniyetmə və gənclərin məlumatlandırılması və xatirə fotolarının çəkilməsi ilə davam edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi