27 sentyabr - "Anım Günü"

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 2020-ci il 02 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd edilməsini qərara alıb. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 27 sentyabr "Anım Günü" məktəbimizdə yüksək səviyyədə qeyd olunub. Bu günə həsr olunmuş tədbirimizi giriş sözü ilə məktəbin direktoru Nazəni Məmmədova açıq elan edib. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ətrafında məruzələr, çıxışlar, şeirlər dinlənilib. 44 günlük Vətən müharibəsindən çəkilmiş döyüş səhnələri izlənilib. Tədbirə dəvət olunmuş müharibə iştirakçıları, qazilər çıxış edərək döyüş təsüratlarını bölüşüblər. Sonda onlara təşəkkür əlaməti olaraq məktəbimiz tərəfindən fəxri fərmanlar, hədiyyələr təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi