Növbəti iclas keçirilib

    Bu gün məktəbin direktoru Nazəni Məmmədova yeni tədris ili ilə əlaqədar ibtidai sinif müəllimləri ilə iclas təşkil edib. İclas pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilib. İclasda yeni tədris ilində həyata keçiriləcək məsələlər müzakirə olunub. İlk olaraq məktəbin direktoru N.Məmmədova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarına əsasən məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyyələrlə müəllimləri tanış edib. Daha sonra yeni tədris ili üçün dərs cədvəli və diaqnostik qiymətləndirmələrin keçirilməsi ilə bağlı müəllimlərə məlumat verib. İllik fəaliyyət planları müzakirə olunub.     Sonda yeni tədris ili ilə əlaqədar müəllimlərin sual və təklifləri dinlənilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi