Nizami Gəncəvi irsini öyrənirik

07 iyul 2021-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihənin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, layihə rəhbərləri və fəal gənclər iştirak etmişdir. Layihədə iştirak edərək fəallıq göstərən Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Suraxanı, Səbail, Yasamal rayonlarının fəal gəncləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman və müxtəlif hədiyyələrlə təltif olunmuşdur. Sabunçu rayonu - Aynur Piriyeva, Aysel Məmmədli, Mehriban Həsənli, Səbinə Həsənli. Gənclərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi