Yol hərəkəti qaydaları

    Bu gün məktəbimizdə təşkil edilən "Yay məktəbi" layihəsində UBT rəhbəri Aynur Piriyeva və məktəbin 5 "B" sinif şagirdləri sinif müəllimləri Gülnarə Bağırova ilə "Yol hərəkəti qaydaları"adlı tədbir keçirib. Tədbirdə bir sıra müəllimlər də iştirak ediblər. Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd məktəblilərin  təhlükəsizliyi, yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir. Tədbirlərdə şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid səsləndirdiyi şeirlər və mahnılar da maraqla qarşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi