"Nizami dünyası" adlı intellektual yarış

    Azərbaycanda 2021-ci il "Nizami ili" elan edilib. Dahi sənətkarın 880 illik yubileyi ölkəmizin hər bir yerində geniş miqyasda qeyd olunmaqdadır. Bununla əlaqədar olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-56 nömrəli əmri ilə ümum təhsil müəssisələrində "Nizami dünyası" adlı intellektual yarış keçirilib.    Bu gün məktəbimizdə də Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş növbəti tədbirə "Nizami dünyası"  adlı intellekt yarışı təşkil olunub. Yarışda 10-cu sinif şagirdi Qənizadə Şəhla qalib gələrək növbəti tura keçib.      Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi həmişə Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, dahi sənətkar tərəfindən müəyyən olunmuş demokratik və humanizim prinsipləri tək ölkəmizdə deyil, Qərb ədəbiyyatında da bu meyillər geniş vüsət almışdır. Neçə əsr keçərsə, keçsin, Nizami yaradıcılığı hər zaman Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi