Məktəbimizin ağır itkisi

    Bakı şəhəri Z.Bəhmənov adına 68 nömrəli tam orta məktəbin kollektivi çox acı və üzücü bir xəbər aldı. Kollektivimizin, şagirdlərimizin, valideynlərimizin sevimlisi, dəyərli müəllim, gülərüz, mehriban bir insan olan, 25 ildən çox məktəbimizdə tarix müəllimi və direktor müavini kimi fəaliyyət göstərən Əmiraslanov Hüseyn Adıgözəl oğlu uzun çəkən xəstəlikdən sonra bu gün dünyasını dəyişdi.      Kollektivimiz adından ailəsinə dərin hüznlə başsağlığı veririk və səbr diləyirik. Hüseyn müəllimin bu vaxtsız gedişi hər birimizi çox sarsıtdı. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.  Allah rəhmət eləsin! Nur içində yatsın, bizim dəyərli Hüseyn müəllimimiz!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi