Uğurumuz - Həsənova Dilarə

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Vətənin qəhrəman oğulları" adlı videotəqdimat müsabiqəsinin qalibləri müəyyənləşib.   BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında təşkil olunub. Yarışın keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, xüsusi istedada malik şagirdləri üzə çıxarıb onların yaradıcı təfəkkürünün inkişafına dəstək olmaq olub.     Yarışda məktəbimizin IX "A" sinif şagirdi Həsənova Dilarə də uğur qazanıb. O, BŞTİ tərəfindən "Tərifnamə" ilə təltif olunub.  Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi