Xocalını unutma

    Bu gün Sabunçu Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Xocalını unutma" mövzusunda onlayn konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə "Xocalı faciəsi"nin qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra sözü Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev alaraq tədbiri açıq elan edib. Tədbirdə həmçinin məktəbimizin psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyeva və şagirdlərimiz də iştirak edib. Tədbirdə söz alan məktəbimizin psixoloqu Günay Həşimova Xocalı soyqırımının dəhşətlərini,  dinc əhalinin başına gələn faciələrin onların həyatında maddi mənəvi və psixoloji zərərlərindən danışıb. Bu insanlara psixoloji dəstəyin vacibliyindən, cəmiyyətə adaptasiyası üçün işlərin aparılmasının vacibliyini qeyd edib. Tədbirdə həmçinin 44 günlük "Vətən müharibəsi" nəticəsində düşməndən qisas alaraq torpaqlarımızı azad edən qəhrəman  oğullarımız anılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi