Qazilərimizlə növbəti görüş

    II Qarabağ müharibəsində yaralanmış və qazi adını qazanmış igid oğullarla növbəti görüş keçirilib. Görüşün keçirilməsində məqsəd "Vətən müharibəsi"ndə yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub. Məktəbimizin UTB rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə baş tutan görüşdə  28, 155, 215, 108 nömrəli tam orta məktəblərin UTB rəhbərləri və şagird kollektivi də iştirak edib. Görüşdə iştirak edən qazilərimiz Məmmədov Muğan və Nuruzadə Ağaqasım şagirdlərə müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi