"Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə"

     "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə" adlı onlayn görüş keçirilib. Görüş məktəbimizin UTB rəhbəri Aynur Piriyevanın Rəhbərliyində baş tutub. Tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək olub. Şagirdlər piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırıb. UTB rəhbəri Aynur Piriyeva şagirdlərə ümumtəhsil məktəblərində təhsil alan uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verib. Sonda şagirdlər hazırladıqları "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə"adlı onlayn videoçarxı təqdim ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi