Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə "Zəfərə gedən yol" adlı qazilərlə görüş keçirilib. Görüşdə qazi Elnur Əkbərov və Elvin Natiqoğlu iştirak edib. Qazilər şagirdlərə vətən müharibəsindəki döyüş yollarından danışıblar. Görüşdə məktəbimizin UTB rəhbəri Aynur Piriyeva və məktəbimizin şagirdləri də iştirak edib.