Bakı şəhər zona toplantısı

    “Biz birlikdə güclüyük” adlı Azərbaycan gənclərinin IX Forumu çərçivəsində keçirilən Bakı şəhər zona toplantısı keçirilib. Pandemiya şəraiti ilə əlaqədar olaraq konfrans onlayn formatda keçirilib.       Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirliyində gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisəsi həkim Pərvin Quliyeva və 500 nəfərə yaxın gənc iştirak edib. Gənclər arasında məktəbimizin şagirləri də yer alıb.     Toplantı Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Toplantıda 44 günlük müharibədən, əsgərlərimizin, zabitlərimizin şücaətindən, həmçinin qazilərimiz haqqında danışılıb.     Gənclər siyasətinin uğurlu həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərin müsbət qiymətləndirən Bakı şəhər gənclərin zona toplantısında səsləndirilən məruzə və çıxışlar, həmçinin paytaxt gənclərinin təklifləri nəzərə alınaraq qətnamə qəbul edilib.      Qətnaməyə əsasən 27 sentyabr “Anım günü” və 8 noybar “Zəfər günü” ilə əlaqədar sərəncam rəhbər tutularaq gənclər, idman və kütləvi bədən tərbiyəsi sahələrini geniş əhatə edən silsilə tədbirlər təşkil olunacaq. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən internet portalının yaradılması qətnamədə nəzərdə tutulub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi