Fərqlənmə attestatları şagirdlərə təqdim edilib

    2019/2020-ci tədris ilində fəallıq göstərərək yüksək nəticə əldə edən şagirdlərimiz fərqlənmə attestatı ilə təltif olunub. IX "A" sinif şagirdi Kərimova Aidə Azad qızı illik qiymətləri "əla", buraxılış fənlərindən topladığı ballar 75 baldan yüksək olduğu üçün fərqlənmə attestatına layiq görülüb. XI "A" sinif şagirdləri Yunusova Fidan Əfqan qızı və Əsgərova Fidan Nazim qızı illik qiymətləri "əla", buraxılış fənlərindən topladıqları ballar 90 baldan yüksək olduğu üçün fərqlənmə attestatına layiq görülüblər. Fərqlənmə attestatlarını məzunlara məktəbin direktoru Nazəni Məmmədova təqdim edib. Məzunlarımıza gələcəkdəki təhsil həyatlarında uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi