"Fibonacci" intellektual yarışı 

Məktəblilər arasında "Fibonacci" intellektual yarışı keçirilib. Onlayn həyata keçirilən yarışda hər bir komandanın şagirdləri öz məktəblərini təmsil edib. İntellektual yarışda VIII-XI siniflər şagirdləri (komanda daxilində fərqli yaşlar, fərqli sinif və ya eyni sinif şagirdləri də ola bilər) iştirak edib. Yarış parallel olaraq 2 dildə aparılıb, suallar iki dildə səsləndirilib (Azərbaycan və rus), bunu nəzərə alaraq hətta bir komanda daxilində oyunçular fərqli sektorlardan da təşkil edilib. Komandada oyunçuların sayı 6-8 nəfər arası olub. Məktəbimizi bu yarışda daha öncələr də intellektual yarışlarda fəal iştirak edən "Cəsurlar" komandamız təmsil edib. Yaxşı nəticə göstərən komandamız növbəti mərhələyə haqq qazanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi