“Ən gözəl sinif otağı” müsabiqəsi elan edilib

Məktəbimizdə “Ən gözəl sinif otağı” müsabiqəsi elan edilib. Müəllim və şagirdlərimiz böyük həvəslə bu müsabiqəyə qoşulublar. Bir-birindən maraqlı yanaşmalar müşahidə olunur. Elə sinif kollektivi var ki, bu müsabiqədə otağın rahatlığını,eləsi var ki, kollektivin və onun nailiyyətlərinin reklamını, bəzisi təlimdə olan yenilikləri meyar olaraq götürmüşlər. Bütün bunlar hamısı məktəbimizin rahat, maraqlı və gözəl bir tədris ocağı olduğunu sübut edir. Çünki biz məktəbimizin ərazidə bir təhsil və mədəniyyət mərkəzi olması üçün çalışırıq.