"Konstitusiya və Suverenlik ili" ilə bağlı dəyirmi masa

Müstəqil və suveren dövlətə sahib olmaq milli-mənəvi dəyərlərə, həmrəylik, humanizim, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərindən kənar müdaxilələrə baxmayaraq XX əsrin sonlarında xalqımız müstəqilliyini əldə etmişdir. Çox keçmədən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunmuşdur. Konstitusiyanın preambulasında Azərbaycanın ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. II Qarabağ-Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Ali Baş Komandan İlham Əliyev tərəfindən "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur. Məktəbin tarix müəllimi Tanırverdiyeva Aybəniz 8b sinfi ilə birlikdə "Konstitusiya və Suverenlik İli" ilə bağlı dəyirmi masa keçirdi.