BilBacar müsabiqəsi davam edir

BilBacar müsabiqəsinin aprel ayı üzrə yarış mərhələsi davam edir. Məktəbdə BilBacar müsabiqəsinin yarış mərhələsi koordinatorun müşayiəti ilə həyata keçirilir. Bu müsabiqənin təşkilində məqsəd şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiqetmə qabiliyyətlərini qiymətləndirməkdir. Şagirdlərimiz müsabiqəyə böyük maraq göstərirlər.