Dövlət Bayraq Muzeyinə ekskursiya

  Təhsilalanların elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsi məqsədilə məktəbin 6c sinif şagirdləri Dövlət Bayraq Muzeyində ekskursiyada oldular. Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu ildə Dövlət Bayrağı Günündə açılmışdır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyeva iştirak etmişdir. Muzey Azərbaycan Prezidentinin sərəncamı ilə inşa olunmuş və Dövlət Bayraq Meydanında yaradılmışdır. Şagirdlər burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, konstitusiyalar, pul nişanları, orden və medallar ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi