Maraqlı həyat bilgisi dərsi keçirildi

Bu gün 3”A” sinfində həyat bilgisindən “Canlılar aləmi” mövzusu keçirildi. Fənn müəllimi Ofelya Musayeva şagirdlərə təbiəti sevdirmək, onların özlərinin də geniş “təbiət” anlayışına daxil olduqlarını başa salmaq, təbiətdə hər şeyin həyatımız üçün vacib olduğunu dərk etdirmək məqsədi qoymuşdu. Şagirdlər təbiət hadisələri haqqında, heyvanlar, quşlar, bitkilər haqqında maraqlı məlumatlar verdilər. Canlıların təbiətdə rolu, inkişafı, faydası haqqında şagirdlər yeni biliklər aldılar. Təbiət haqqında slayd və şəkillər göstərildi.Uşaqlar ağacdələn haqqında mahnı ifa etdilər. Canlı aləm və təbiət haqqında şagirdlər öz bilik və bacarıqlarını yazılı şəkildə və rəsm çəkməklə göstərdilər.Dərs çox maraqlı keçdi.