Beynəlxalq Ailə Günü

  "Beynəlxalq Ailə Günü" hər il 15 may tarixində qeyd olunur və ailənin cəmiyyətdəki rolunu vurğulamaq məqsədi daşıyır. Ailə, cəmiyyətin əsas sütunlarından biridir və bu gün onun sosial əhəmiyyətini vurğulamaq üçün qeyd olunur. Ailə dəyərlərinin qorunması, sosial rifah və ailə içi münasibətlərin inkişafı bu günün əsas mövzularındandır. Bu gün məktəbin ingilis dili müəllimi Cəmilə Bədəlzadə 7a sinfində "Beynəlxalq Ailə Günü" münasibəti ilə təqdimat keçirdi. Şagirdlərə milli-mənəvi, ailə dəyərlərinin qorunub saxlanması, ailədə dözülməz mühitin, mənəvi, maddi, fiziki təzyiq hallarının qarşısının alınması, qarşılıqlı hörmət əsasında birgə yaşamaq mühitinin formalaşdırılması, böyük nəslə hörmət hissi ilə tərbiyə olunmasını aşıladı. Şagirdlər mövzuya uyğun təqdimatlar hazırladılar, səhnəciklərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi