Milli-mənəvi dəyərlərimizi qoruyaq

Milli-mənəvi dəyərlərimizdən biri də dilimizdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bununla bağlı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Reyhan İsmayılova 8ç sinif şagirdləri ilə birlikdə tədbir keçirdi. Tədbirdə ana dilimizin qədimliyi və zənginliyidən söhbət açıldı. Şagirdlərin ifasında milli-mənəvi dəyərlərimiz haqqında təqdimatlar, şeirlər, aforizmlər və səhnəciklər səsləndirildi.