"Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində rəsmlər

"Sağlam nəsil - parlaq gələcək" layihəsi şagirdlərin sağlam həyat tərzini təşviq etmək, idman fəaliyyətlərini artırmaq və zərərli vərdişlərə qarşı maarifləndirmə aparmaq məqsədini daşıyır. Layihə çərçivəsində idman yarışları və turnirlər, rəsm sərgiləri və fləşmoblar, "zərərli vərdişlərə yox deyək" diskussiyaları, maarifləndirici səhnəciklər nəzərdə tutulur. Bu təşəbbüs gənc nəslin sağlam böyüməsinə və gələcəkdə daha güclü cəmiyyətin formalaşdırmasına töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində məktəbin 5b sinif şagirdləri məktəbin təsviri incəsənət müəllimi Musayeva Sevincin rəhbərliyi ilə idmanla bağlı çəkdikləri rəsmləri nümayiş etdirdilər.