Mənim ailəm, mənim dünyam

Ailə insanın həyatında ən vacib və dəyərli sütunlardan biridir. Sevgi, dəstək, güvən və paylaşım ailənin əsas dəyərləridir. İnsan hər zaman öz ailəsinin yanında güvənli hiss edir və onların sevgisi həyatın çətinliklərini aşmağa kömək edir. Ailə, insanın dünyasını formalaşdıran ən qiymətli varlıqdır. Bu gün məktəbin ingilis dili müəllimi Pərvin Qasımova 6b sinfində "Mənim ailəm, mənim dünyam" adlı təqdimat keçirdi. Şagirdlər mövzu ilə bağlı rəsmlər, divar qəzetləri hazırlayıb, hazırladıqlarını təqdim etdilər.