Xalça naxışlar

19.10.23-cü il tarixində 5a sinfində təsviri incəsənət dərsində "Xalça naxışları" mövzusunda açıq dərs verildi. Dərsdə məqsəd milli mənəvi dəyərlərimiz olan, dekorativ tətbiqi sənətinin ən qədəm növlərindən biri olan xalça sənəti haqqında şagirdlərə geniş məlumat vermək, müxtəlif motivli haşiyə üzərində tərtibat və dizayn bacarıqlarını nümayiş etdirmək idi. Təbiətimizin təravəti hopan xalçalar öz əlvanlığı və simvol zənginliyi ilə digər məişət əşyalarından fərqlənir. Xalçanın ruhu onun naxış və rənglərindədir. Hər naxışın öz adı, öz mənası var. Naxış elementlərinə diqqət yetirsək görərik ki, təbiətdə belə bitki, quş və heyvan mövcud deyil. Onlar sadəcə stilizə olunmuş simvol və işarələr dünyasıdır. Şagirdlər təbiət motivlərindən istifadə edərək zolaq daxilində xüsüsi ardıcıllıqla albomda rəsmləri çəkib rəngli karandaşlarla rənglədilər. Sonra çəkdikləri rəsmləri löhvə qarşısında nümayiş etdirdilər.