Azərbaycan Respublikasının dövlət rəmzləri

Azərbaycan Respublikasının bayrağı gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Hər bir dövlətin gerbi, bayrağı, himni var. Onlar dövlətin rəmzləri adlanır. Rəmzlər dövlətin müstəqilliyini təcəssüm etdirir. Azərbaycan Respublikasının dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini həmişə uca tutmalıyıq.
Bu gün məktəbimizn 5Ç sinfində tarix müəllimi Tanırverdiyeva Aybəniz “Azərbaycan Respublikasının dövlət rəmzləri” adlı təqdimat keçirdi. Şagirdlər dövlət atributları – rəmzləri haqqında geniş məlumat verdilər.
Təqdimatların keçirilməsinin məqsədi məktəbliləri milli mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdir. Bir millət olaraq biz həmişə dövlət rəmzlərini qoruyub uca tutmalıyıq.