Nailiyyətlərimiz

Əzizov Rəhman – fubol27.12.2014-cü ildə Gürcüstanda təşkil olunan “Momavali” klublar arası turnirdə II yerə layiq görülmüşdür. 15.02.2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Vətən” Respublika İxrisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin yeniyetmələr arasında təşkil olunan “Qış kuboku” turnirinin ən yaxşı müdafiyəçisi olduğuna görə fəxri fərman təltif olunub və III yerə layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi Xətai Rayon Gənclər və Idman Idarəsinin təşkil etdiyi Xətai rayon ümumtəhsil orta məktəblərinin VII sinif şagirdləri arasında keçirilən “Coca-cola Məktəbli Kuboku” “Mini Futbol” yarışlarında fərqləndiyinə görə diplom təltif olunub. 13-19.06.2015- ildə Türkiyə/ Ünye Yaz Futbol Turnirində iştirak etmişdir. 09-11.2015-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Bakı şəhər futbol üzrə klub-komanda birinciliyində III yerə layiq görülüb.

Əliyev Zamiq - Karate qalibi03.06.2011-ci il tarixdə Azərbaycan Respublikası BUDOKAN klubunun təşkil etdiyi Klublar arası açıq Karate Çempionatında I yerə layiq görülmüşdür. 10.09.2017-ci il tarixdə Bakı Karate-Do Akademiyasının təşkil etdiyi I açıq Bakı birinciliyi və çempionatında II yerə layiq görülmüşdür. 05.11.2017-ci il tarixdə Maştağa Olimpiya İdman Kompleksinin təşkil etdiyi Yeniyetmələr və Gənclər arasında açıq birinciliyində III yerə layiq görülmüşdür. 19.08.2018-ci il tarixdə Maştağa Olimpiya İdman Kompleksinin təşkil etdiyi Uşaqlar və Yeniyetmələrin Karatenin inkişafına Dəstək fonunda Klublar arası Bakı Birinciliyində I yerə layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Milli Karate Federasiyasının təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Karate yarışında I yerə layiq görülmüşdür. 28-30.09.2018-ci il tarixdə IX Beynəlxalq Karate Çempionatında SSRİ-də Karatenin 40 ili “BAKU OPEN” yarışında I yerə layiq görülmüşdür.

Məhərrəmli Sərxan - şahmat qalibi2017-ci il iyun ayında ELFİM professional şahmat mərkəzinin təşkil etdiyi II dərəcə yarışında I yerə layiq görülmüşdür. 2018-ci ildə AĞ TOP şahmat klubunun təşkil etdiyi I Beynəlxalq şahmat festivalında I yerə layiq görülmüşdür. 2018-ci il mart ayında Bakı birinciliyində I dərəcəyə layiq görülmüsdür. 23-29 iyul 2018 tarixdə Türkiyədə Ankara şəhərində Çubuk bələdiyyəsinin təşkil etdiyi beynəlxalq açıq şahmat turnirində yarışmacı kimi iştirak etmişdir.

HAQQIMIZDA

Məktəbimiz 1884 cü ildə Bakının neft sənayesində xüsusi xidmətləri olan Nobel qardaşları tərəfindən təsis edilmişdir.Neftçi ailəsindən olan  25-30 şagirdlə fəaliyyətə başlayan məktəbdə 1904-c&u...

BİZİM FƏXRLƏRİMİZ

Cavidan Adilzadə Mail

David Cəfərov Valeh

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi