Nailiyyətlərimiz

Azay Haciyev - qalib voleybolçumuzAzərbaycan Voleybol Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2005-2006 təvəllüdlü voleybolçu oğlanlar arasında “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş açıq voleybol turniri keçirilib. Turnirində 4 komandanın - “Bakı”, “Sumqayıt”, “Masallı” və “Cəlilabad” komandalarının mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib. Maraqlı keçən görüşlərdən sonra 9 xal toplayan “Bakı” komandası qalib gəlib. Məktəbimizin 10a sinif şagirdi Hacıyev Azay “Bakı” komandasının üzvüdür. Məktəbimizin bütün müəllim və şagird kollektivi adından Azayı təbrik edir və ona gələcək yarışlarda uğurlar arzu edirik.

Zamiq Əliyev - qalib karateçimizMəktəbimizin 4C sinif şagirdi Əliyev Zamiq 03.06.2011-ci il tarixdə Azərbaycan Respublikası BUDOKAN klubunun təşkil etdiyi Klublar arası açıq Karate Çempionatında I yerə layiq görülmüşdür. 10.09.2017-ci il tarixdə Bakı Karate-Do Akademiyasının təşkil etdiyi I açıq Bakı birinciliyi və çempionatında II yerə layiq görülmüşdür. 05.11.2017-ci il tarixdə Maştağa Olimpiya İdman Kompleksinin təşkil etdiyi Yeniyetmələr və Gənclər arasında açıq birinciliyində III yerə layiq görülmüşdür. 19.08.2018-ci il tarixdə Maştağa Olimpiya İdman Kompleksinin təşkil etdiyi Uşaqlar və Yeniyetmələrin Karatenin inkişafına Dəstək fonunda Klublar arası Bakı Birinciliyində I yerə layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Milli Karate Federasiyasının təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Karate yarışında I yerə layiq görülmüşdür. 28-30.09.2018-ci il tarixdə IX Beynəlxalq Karate Çempionatında SSRİ-də Karatenin 40 ili “BAKU OPEN” yarışında I yerə layiq görülmüşdür. 09.04.2022-ci il tarixdə Azərbaycan Karate Təşkilatının 8-9 yaşlar arası 40 kq. çəki dərəcəsində keçirilən Açıq Birinciliyində I yerə görülmüşdür.

Ağalarov Aqil Kamran oğluAğalarov Aqil Kamran oğlu 1987 ci il 28 aprel tarixində Kəlbəcər rayonunda anadan olub.1993 cü ildə Bərdə şəhəri R.Musayev adına orta məktəbin 1 ci sinifinə qəbul olub.2002-2004 cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub.2005-2009 cu illərdə ADPU -Fiziki tərbiyə və Çağırışa qədərki hazırlıq fakultəsində oxuyub.2009-2010 cu illərdə həqiqi hərbi xidmət keçib. 2010 cu ildə müəllimlərin işə qəbul imtahanindan keçərək Bakı şəhəri Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə Hərbi rəhbər və fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. *** 2013 ,2014,2015,2016,2017,2018 ci illərdə məktəb direktoru adından fəxri fərmana *** 2018-2019 cu illərdə Şahin hərbi idman oyunlarında 3 cü yer *** FHN -nin təşkil etdiyi “Gənc xilasedici və yanğınsöndürən”yarışında 3 dəfə Xətai rayonunda 1 ci yer *** Bakı Abşeron-Sumqayıt zona birinciliyində 2 ci yer *** 2017 ci ildə zona birinciliyində 2 ci yer *** 2018 ci ildə zona birinciliyində 3 cü yer *** 3 kubok *** 3 dəfə FHN “Gənc xilasedici və yanğınsöndürən”yarışında respublika finalçısı *** "Azərbaycan Reapublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Azərbaycan Reapublikasının Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Reapublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə fəxri fərmanla təltif olunur.

HAQQIMIZDA

Məktəbimiz 1884 cü ildə Bakının neft sənayesində xüsusi xidmətləri olan Nobel qardaşları tərəfindən təsis edilmişdir.Neftçi ailəsindən olan  25-30 şagirdlə fəaliyyətə başlayan məktəbdə 1904-c&u...

BİZİM FƏXRLƏRİMİZ

Baba Mahmudov İsmayıl

Dəniz Kərimzadə Talıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi